9 oktyabr tarixində Azərbaycan Mühəndislər Birliyi idarə heyəti və könüllüləri ilə birlikdə Şamaxı rayonuna gəzinti təşkil edib.
Gəzintinin məqsədi tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, mühəndislərlə birlikdə vaxt keçirib tanış olmaq, onlarla fikir mübadiləsi aparmaq olmuşdur.
İlk öncə, gəzinti iştirakçıları Qobustan rayonunda yerləşən Palçıq vulkanları ərazisində olublar və onlara palçıq vulkanlarının yaranma prosesi izah edilib. Daha sonra iştirakçılar Şamaxı rayonununda yerləşən 743-cü ildə inşa edilmiş Cümə Məscidində, IX–XII əsrlərə aid Gülüstan qalasında olublar. Olduqca maraqlı keçən gəzintinin sonunda iştirakçılar üçün intellektual və əyləncəli oyunlar təşkil olunub.