Şanlı Tariximiz!!!
Bu gün Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi əhəmiyyətli olduğundan xalqımızın qüdrət və döyüş əzminin təntənəsinə çevrilən həmin gün hər il Zəfər günü kimi qeyd olunur.
Xalqımız zəfər sevincini 2023-cü ildə yenidən yaşadı, şanlı üçrəngli bayrağımız Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dalğalandı.
Bu zəfəri bizə yaşatdığı və ərazi bütövlüyümüzü bərpa etdiyi üçün başda Ali Baş Komandan Prezident İlham Əliyev olmaqla, hərbçilərimizə dərin minnətdarlığımızı bildiririk!!! Canlarını fəda edən şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.
QARABAĞ AZƏRBAYCANDIR!