[email protected] +994 99 303 07 01
October 16, 2023 - Paylaşdı: Admin

8 mart - Qadınlar Gününə həsr edilmiş "Mühəndislikdə xanımlar" tədbiri keçirilmişdir

Azərbaycan Mühəndislər Birliyinin ShEngineer layihə çərçivəsində və UFAZ-ın dəstəyi ilə mühəndislik ixtisasında təhsil alan xanımlar üçün təşkil edilmiş 8 mart - Qadınlar Gününə həsr edilmiş "Mühəndislikdə xanımlar" tədbiri keçirilmişdir.
Tədbirdə mühəndis xanımlar-Pərvanə Babayeva,Əfsanə Çopurova,Aydan Zahidova və Ruqiyyə İsrafilova çıxış etmişdir.
100 nəfərdən çox iştirakçının qatıldığı görüşdə xanım mühəndis qonaqlarımız öz karyeralarından, qadınların xaricdə təhsil imkanlarından, sahədə qarşılaşdıqları çətinliklərdən və həll yollarından, yumşaq bacarıqlardan bəhs etmişlər.
Olduqca produktiv keçən görüşün sonunda iştirakçılar suallarını səsləndirmiş və qonaqlarımız tərəfindən cavablandırılmışdır.
Dəvətimizi qəbul edib öz təcrübələrini bölüşdüşlərinə görə qonaqlarımız - Pərvanə Babayeva,Əfsanə Çopurova,Aydan Zahidova və Ruqiyyə İsrafilovaya dərin minnətdarlığımızı bildiririk!
Onu da qeyd edək ki,Azərbaycan Mühəndislər Birliyinin mühəndislikdə təhsil alan xanımlara dəstək layihəsi- ShEngineer fəaliyyətə başlayır.Fəaliyyətimiz ərzində mühəndislikdə təhsil alan xanımlara dəstək məqsədilə müxtəlif ixtisasyönümlü təlimlər,seminarlar,tədbirlər təşkil edəcəyik.
Təlim, seminar, texniki gəzinti və mühəndislərlə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcək.
Bizi izləməyə davam edin!
#women #engineers #azmiib #ShEngineer