[email protected] +994 99 303 07 01
December 05, 2023 - Paylaşdı: Admin

5 Dekabr Beynəlxalq Könüllülər Günü

Əziz və dəyərli Könüllülər, sizi 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edirik! 🤗
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük fəaliyyəti həyatınızın ən maraqlı və yadda qalan dönəmlərindən biridir. Cəmiyyətə təmənnasız olaraq etdiyiniz könüllü xidmətə görə həm mənən saflaşır, həm də gələcək üçün zəngin təcrübə qazanırsınız. Könüllülük zamanı əldə etdiyiniz bilik və bacarıqlar sizi cəmiyyətə yararlı və məsuliyyətli bir fərd kimi formalaşdırır.
Hər biriniz bizim üçün əziz və dəyərlisiniz! 🥰