[email protected] +994 99 303 07 01
October 14, 2023 - Paylaşdı: Admin

5 Dekabr - Beynəlxalq Könüllülər Günü

Əziz və dəyərli Könüllülər, sizi 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə könüldən təbrik edirik! 🤗
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük fəaliyyəti həyatınızın ən maraqlı və yadda qalan dönəmlərindən biridir. Cəmiyyətə təmənnasız olaraq etdiyiniz könüllü xidmətə görə həm mənən saflaşır, həm də gələcək üçün zəngin təcrübə qazanırsınız. Könüllülük zamanı əldə etdiyiniz bilik və bacarıqlar sizi cəmiyyətə yararlı və məsuliyyətli bir fərd kimi formalaşdırır.
Hər biriniz bizim üçün əziz və dəyərlisiniz! 🥰