[email protected] +994 99 303 07 01
September 16, 2023 - Paylaşdı: Admin

29 OKTYABR TARİXİNDƏ AZƏRBAYCAN MÜHƏNDİSLƏR BİRLİYİ VƏ AMEA NEFT VƏ QAZ İNSTİTUTUNUN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ TƏLƏBƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLDİ.

29 oktyabr tarixində Azərbaycan Mühəndislər Birliyi və AMEA Neft və Qaz İnstitutunun birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirildi.

Neft-Qaz yataqlarının işlənməsi mövzusunda olan bu seminarda SOCAR (“Azneft” İB) şirkətində geoloq, Azərbaycan Mühəndislər Birliyinin Geologiya və Geofizika departamentinin rəhbəri kimi fəaliyyət göstərən Qalib Muradov çıxış etmişdir. O, seminarda neft- qaz yataqlarının işlənilmə sistemlərindən, laya neftvermənin sabit saxlanması üçün süni təsir üsulları haqqında məsələləri danışdı.

Seminarda institutunun elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov və şöbə müdiri Fəxrəddin Kərimov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli və digər şəxslər iştirak etmişdir.