Azərbaycan Mühəndislər Birliyi olaraq xalqımızı 28 may - Müstəqillik günü münasibətilə təbrik edirik!🇦🇿
1918-ci ilin bu günündə bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. Bu qısa müddət XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur.
#28May #Müstəqillikgünü