28 May – Respublika Günü
1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız ilk dəfə müstəqil dövlət qurmaq haqqını reallaşdırdı. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən bu mühüm gün, milli iradəmizin, azadlıq və demokratiya yolundakı qətiyyətimizin simvoludur.
Azərbaycan Mühəndislər Birliyi olaraq, bu əlamətdar günü böyük qürurla qeyd edir, ölkəmizin inkişafına və müstəqil dövlətçiliyimizin güclənməsinə töhfə verməyi özümüzə borc bilirik.
#28may
#respublikagünü
#azərbaycanmühəndislərbirliyi
September 21, 2025 - Paylaşdı: Admin