27 Sentyabr — Anım Günü
Vətən müharibəsinin başlanmasından 6 il ötür…
44 gün davam edən Vətən müharibəsi ərzində qəhrəman oğullarımız öz canları və qanları ilə tarix yazaraq xalqımızın illərlə davam edən Qarabağ həsrətinə son qoydular.
Bu əlamətdar gündə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!
September 27, 2026 - Paylaşdı: Admin