[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür!

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.
Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Azərbaycan ordusunun Dağlıq Qarabağda 44 gün davam edən hərbi əməliyyatı nəticəsində ölkəmizin qələbəsini təmin edən ən mühüm amil məhz müasir ordu quruculuğu olmuşdur.
Əziz qəhrəman hərbçilərimiz!
Azərbaycan Mühəndislər Birliyinin kollektivi adından sizin hər birinizi Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətən naminə göstərdiyiniz müqəddəs və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayırıq.