Azərbaycan Mühəndislər Birliyi olaraq, 26 fevral - Xocalı soyqırımının ildönümündə günahsız şəkildə qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini dərin hüzn və ehtiramla anırıq.
Xocalıda törədilən bu insanlıq əleyhinə cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir. Dinc əhaliyə qarşı törədilmiş bu vəhşilik heç vaxt unudulmayacaq, ədalət və həqiqət naminə daim xatırlanacaqdır.
Xocalını unutmadıq, unutmayacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin.
February 26, 2026 - Paylaşdı: Admin