25 sentyabr tarixində Azərbaycan Mühəndislər Birliyinin idarə heyəti və birliyin könüllüləri 2-ci Fəxri Xiyabanı ziyarət ediblər.
İlk öncə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Şəhidlərimizin məzarları ziyarət edilib və gül dəstələri qoyulub. Ziyarət iştirakçıları 44 günlük Vətən müharibəsində şücaət göstərən, qanıyla zəfər yazan Şəhid mühəndis Cavid Həsənovun məzarını da ziyarət ediblər.
Bütün Şəhidlərimizin ruhu şad olsun!
Şəhidlər ölməz, Vətən bölünməz!