📢 Azərbaycan Mühəndislər Birliyinin Üzvlük Proqramı çərçivəsində
21 dekabr 2025-ci il tarixində qida mühəndisliyi üzrə “ISO 9001 Standartının Tətbiqi və Əhəmiyyəti” mövzusunda online seminar uğurla keçirildi!
Seminar Aysel Məmmədovanın təqdimatında baş tutdu və iştirakçılara keyfiyyət idarəetmə sistemlərinin əsasını təşkil edən ISO 9001 standartı üzrə həm nəzəri, həm də praktik biliklər təqdim olundu.
📍 Seminarın əsas mövzuları:
🔹 ISO 9001 standartına giriş və məqsədi
🔹 Keyfiyyət idarəetmə sisteminin əsas prinsipləri
🔹 Müəssisələrdə ISO 9001-in tətbiq mərhələləri
🔹 Riskəsaslı yanaşma və proseslərin idarə olunması
🔹 ISO 9001-in təşkilatların davamlı inkişafındakı rolu
🔹 Real təcrübələr və praktik nümunələr
Seminar çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, real iş mühitindən nümunələr və praktik situasiyalar üzərində işləyərək mövzunu daha dərindən mənimsədilər.
Bu faydalı və maarifləndirici seminar üçün təlimçi Aysel Məmmədovaya təşəkkürümüzü bildiririk!
Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və rəsmi WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
January 03, 2026 - Paylaşdı: Admin