Azərbaycan Mühəndislər Birliyinin 2026–2027 Üzvlük Proqramı çərçivəsində Mexanika mühəndisliyi üzrə Mentorluq Proqramına başlanılıb!
Proqram çərçivəsində üzvlərimiz Cəlil Əliyevin mentorluğu ilə ümumilikdə 6 görüşdə iştirak edəcəklər.
🛢️ Mentorluq görüşlərinin əsas məqsədi üzvlərimizin peşəkar inkişafına dəstək olmaq, maşınqayırma və mexanika sənayesinin müxtəlif istiqamətləri ilə daha yaxından tanış olmalarına, real iş mühiti haqqında məlumat əldə etmələrinə və gələcək karyeralarını daha düzgün planlaşdırmalarına kömək etməkdir.
Görüşlər zamanı iştirakçılar mexaniki sistemlərin layihələndirilməsi, istehsalat texnologiyaları, sənayedə karyera imkanları, təcrübə proqramları və mühəndislik sahəsində peşəkar inkişaf yolları ətrafında müzakirələr aparacaqlar.
💡 Mentorluq Proqramı iştirakçılara nəzəri biliklərini praktiki yanaşmalarla əlaqələndirmək, təcrübə mübadiləsi aparmaq, sənayenin tələblərini daha yaxından anlamaq və gələcək karyeralarına daha hazırlıqlı addım atmaq imkanı yaradır.
Mentorumuz Cəlil Əliyevə bu təşəbbüsə qoşulduğu və gələcəyin mexanika mühəndislərinin inkişafına töhfə verdiyi üçün təşəkkür edirik!
Azərbaycan Mühəndislər Birliyi (AZMİİB)
Mühəndisliyə gedən ən doğru yol!


November 07, 2026 - Paylaşdı: Admin