[email protected] +994 99 303 07 01
October 15, 2023 - Paylaşdı: Admin

2022-ci ilin son 3 ayı ərzindəki statistikasını sizlərə təqdim edirik!

Fəxr və qürurla Azərbaycan Mühəndislər Birliyinin 2022-ci ilin son 3 ayı ərzindəki statistikasını sizlərə təqdim edirik!
Azərbaycan Mühəndislər Birliyi olaraq bu 3 ay ərzində (oktyabr - dekabr) müxtəlif mövzular və ixtisaslar üzrə:
✅️ 63 təlim və seminar (8 müxtəlif mühəndislik sahəsində);
✅️ Müxtəlif şirkətlərə 8 texniki gəzinti (Baker Hughes, SOCAR Downstream, SOCAR Polymer, Azerfloat və s.);
✅️ 1, 2, 3 ay davam edən 3 kurs (Drilling School, Chemistry School, Oil Refining Masterclass);
✅️ Tələbələrə və yeni məzunlara faydalı olacaq HR və şirkət rəhbərləri ilə görüş (Halliburton İnfo day, Career and Leadership);
✅️ 1 ixtisas üzrə olimpiada (Gələcəyin Neftçiləri);
✅️ 3 ay davam edib, 5 təlimi əhatə edən 2 istiqamətdə (neft-qaz, kimya mühəndisliyi) Üzvlük proqramı.
Bu tədbirlərimizdə ümumi olaraq 2000-dən çox iştirakçı olub.
Layihələrimizdən yararlanan, buna dostlarını cəlb edən, birlikdə öyrənməyə meyilli bütün izləyicilərimizə, eyni zamanda gənclərin maariflənməsi yolunda bizimlə birgə çalışan bütün mühəndislərə dəyərli zamanlarını ayırdıqları üçün xüsusi təşəkkür edirik!
Sayənizdə Azərbaycan Mühəndislər Birliyi getdikcə böyüyür və daha çox gəncə fayda verir.
Bizi izləməyə davam edin, 2023-cü ildən daha maraqlı layihələrlə qarşınızda olacağıq!