[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

2022-ci ilin ilk 6 ayı ərzindəki statistika

Fəxr və qürurla Azərbaycan Mühəndislər Birliyinin 2022-ci ilin ilk 6 ayı ərzindəki statistikasını sizlərə təqdim edirik!

Azərbaycan Mühəndislər Birliyi olaraq bu 6 ay ərzində müxtəlif mövzular və ixtisaslar üzrə 28 təlim və seminar, müxtəlif şirkətlərə 10 texniki gəzinti, 2 ixtisas üzrə olimpiada, 1 mühəndis və tələbələrin iştirakı ilə rayon turu həyata keçirmişik. Bu tədbirlərimizdə ümumi olaraq 1000 nəfərdən çox iştirakçı olub.

Qısa müddət ərzində bu qədər tələbənin tədbirlərimizdə iştirakı bizi sevindirir. Ölkəmizdə mühəndisliyin inkişafı, tələbələrin bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün yarışların təşkili və s. kimi məqsədlərimizə nail olmağa çalışırıq.

Bizi izləməyə davam edin, yaxında daha maraqlı layihələrlə qarşınızda olacağıq!