Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə 20 sentyabr "Neftçilər günü"nə həsr olunmuş "Gələcəyin Neftçiləri" olimpiadası baş tutub.
Hər komandada 4 nəfər olmaqla 22 komandadan ibarət yarışda qrup, yarımfinal və final mərhələləri olub.
Mübarizənin sonunda 1-ci yeri Rasim Şükürov, Hüseyn Rəsulzadə və Nihad Yəhyayevin təmsil etdiyi ADNSU-nun "PetrOil" komandası, 2-ci yeri Vaqif Məmmədzadə, Nicat Əhmədov, Anar Əzimov və Fərid Cəfərlinin təmsil etdiyi BANM-ın "E - Team" komandası, 3-cü yeri isə Orxan Nəsibov, Xalid Orucov, Vüsal Bağırzadə və Səfurə Orucovanın təmsil etdiyi BANM-ın "Go Tigers!" komandası qazanıb.
Sonda iştirakçılara 1-ci, 2-ci və 3-cü yerlər üzrə müxtəlif dəyərli hədiyyələr təqdim olundu. Əlavə olaraq yüksək nəticə göstərmiş bir komandaya isə texniki gəzinti hədiyyə edildi.
Yarışda iştirak edən gənclərə, cavablama prosesində şəffaflığa nəzarət edən mühəndis Qalib Muradov və Elnur Cəbrayılzadəyə, yarışın təşkilində əməyi olan bütün komanda üzvlərinə və göstərdikləri dəstək üçün UFAZ rəhbərliyinə təşəkkürümüzü bildiririk!