📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində
20 dekabr tarixində keçirilən “CV və müsahibələrə hazırlıq” mövzusunda seminar uğurla başa çatdı.
Təlim Minə Şxəlili tərəfindən təqdim olundu və iştirakçılara effektiv CV hazırlanması, düzgün struktur və məzmun seçimi, müsahibə mərhələsində özünü peşəkar şəkildə təqdim etmə, tez-tez verilən suallara doğru yanaşma və real müsahibə nümunələri əsasında praktiki məsləhətlər verildi.
📍 Seminarın əsas mövzuları:
🔹 Effektiv və məqsədyönlü CV-nin hazırlanması
🔹 HR-ların diqqət yetirdiyi əsas məqamlar
🔹 Müsahibəyə hazırlıq strategiyaları
🔹 Davranış və situasiya tipli suallara cavab üsulları
🔹 Real müsahibə təcrübələrindən nümunələr və praktik tövsiyələr
Seminar zamanı iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı və real iş müraciətləri üzərindən praktiki izahlar aparıldı.
Bu dəyərli və maarifləndirici seminar üçün Minə Şxəliliyə təşəkkür edirik!
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙


January 03, 2026 - Paylaşdı: Admin