20-ci əsrin ən qanlı faciəsi Xocalı soyqırımı…
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri Rusiyanın 366 ci motaatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı işgəncələr vermişdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məfv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirib, 487 nəfər yaralanıb,1275 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Müzəffər ordumuz və cənab Ali baş komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız geri qaytarılsa da, şəhidlərimizin, günahsız dinc əhalinin - körpələrin, qocaların, qadınların qanları yerdə qalmasa da, illər hətta əsrlər də keçsə, biz bu vəhşiliyi, qəddarlığı, vandalizmi, terroru nə unutduq, nə də unutduracayıq!
Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!🥀