20 Sentyabr — Dövlət Suverenliyi Günü
Bu gün Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpa olunmasının rəmzi olan tarixi Zəfəri qürurla qeyd edirik.
Suverenlik — müstəqil qərar vermək, öz gələcəyini müəyyənləşdirmək və dövlətçilik dəyərlərini qorumaq gücüdür. Bu gücün davamlılığında elm, təhsil və mühəndislik də mühüm rol oynayır.
Azərbaycan Mühəndislər Birliyi olaraq ölkəmizin inkişafına, texnoloji tərəqqisinə və güclü mühəndislik gələcəyinin formalaşmasına töhfə verməyi özümüz üçün məsuliyyət hesab edirik.
20 Sentyabr — Dövlət Suverenliyi Günümüz mübarək!
September 27, 2026 - Paylaşdı: Admin