20 Sentyabr – Neftçilər Günü
Bu gün Azərbaycanın neft-qaz sənayesinin inkişafında böyük əməyi olan, ölkəmizin iqtisadi və sənaye tarixində mühüm iz qoyan neftçilərin peşə bayramıdır.
Neft sənayesi Azərbaycanın mühəndislik məktəbinin formalaşmasında və inkişafında xüsusi rol oynayıb. Bu gün də minlərlə mühəndis, texniki mütəxəssis və neftçi öz bilik və təcrübəsi ilə ölkəmizin enerji sektorunun inkişafına töhfə verir.
Azərbaycan Mühəndislər Birliyi olaraq bütün neftçiləri və neft-qaz mühəndislərini 20 Sentyabr – Neftçilər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq! 🇦🇿
Əməyiniz və peşəkarlığınız üçün təşəkkür edirik!
September 27, 2026 - Paylaşdı: Admin