Azərbaycan Mühəndislər Birliyi könüllü, eyni zamanda üzv olan aktiv, həvəsli gənclərlə yanaşı digər bir çox gəncə də təcrübə proqramlarında iştiraka şərait yaradır. Belə ki, birliyimiz tərəfindən keçirilən intensiv kurslar sayəsində bizə müraciət edən gənclər şirkətlərin test və müsahibə mərhələlərini uğurla keçir və seçilən uyğun namizədlərdən olurlar.
Birliyin Qaz - neft - mədən kursunda iştirak etmiş 10 tələbəsi SOCAR-ın Ödənişli Təcrübə Proqramına qəbul olub. Onları sizə təqdim edirik:
1. Vəfadar Qaçayev
2. Fərid Əhmədli
3. Fatimə Cəfərova
4. Elşən Qurbanzadə
5. Anar Novruzlu
6. Sarvan Hüseynov
7. Ələsgər Abseynov
8. Murad Xasməmmədov
9. Sonaxanım Qasımova
10. Zəhra Əzizova
Seçilən bütün gənclərə təcrübə boyunca müvəffəqiyyət və yeni şanslar arzulayırıq!
💡 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi kurslara qatıla, üzv və könüllü olaraq, təlim və seminarlardan yararlana, həm nəzəri bilik və bacarıqlarınızı artıra həm də bu kimi Təcrübə Proqramlarında iştirak edə bilərsiniz.