1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Ermənilər tərəfindən Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib.
Bu tarixi faciənin vacibliyi nəzərə alınaraq, Ümummilli Lider - Heydər Əliyevin 1998-ci il tarixli sərəncamına əsasən hər il 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmaqdadır.
Soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla anırıq!🥀
#31Mart #31Mart1918 #Soyqırım #Qanyaddaşımız #Unutmayaq #Unutdurmayaq