[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü
Yazı tariximiz qədim Qobustan və Gəmiqaya təsvirlərindən başlayır. Milli yazı və əlifbamız növbəti illərdə ərəb, sonrakı gedişatda isə dəyişərək Azərbaycan (türk) əlifbası ilə əvəz olunmuşdur. Ölkəmizdə kiril və latın qrafikasının işləndiyi müddət də az olmamışdır. Nəhayət 2001-ci il avqustun 9-da imzalanan fərmanla 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.
Dəyərlərimiz dilimizlə birbaşa bağlıdır və bu, bizim milli kimliyimizin ana sütunudur. Öncəliyimiz daima dilimizə sevgi və sayğı olmalıdır.
Onun qorunması, bizdən sonrakı nəsillərə doğru formada ötürülməsini təmin etmək üçün gəlin səhvlərimizin üzərində işləyib , yanlışlarımızı düzəldək.
Hamınızı dilimizdə səlisliyi qorumağa səsləyirik!