[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

“Yaşayış binalarında elektrik sistemlərinin layihələndirilməsinə giriş” mövzusunda seminar uğurla başa çatdı.

Azərbaycan Mühəndislər Birliyi tərəfindən Elektrik mühəndisliyi üzrə “Yaşayış binalarında elektrik sistemlərinin layihələndirilməsinə giriş” mövzusunda seminar uğurla başa çatdı.

Seminar təlimçi Leyla Ramazanovanın təqdimatında baş tutdu və iştirakçılara yaşayış binalarında elektrik sistemlərinin layihələndirilməsi haqqında məlumatlar verildi.

📍 Seminarın əsas mövzuları:
🔹Yaşayış binalarında MV, LV və ELV sistemlər
🔹Smart home texnologiyasinin layihələndirilməsi
🔹Elektrik sistemlərinin təchizatı üçün istifadə olunan əsas elektrik cihazlarının seçilməsi
🔹Yerli və beynəlxalq standartların tələblərinə uyğun layihənin formalaşması

Seminar zamanı iştirakçılar elektrik layihələndirilməsi və tətbiqi prosesi ilə bağlı dərin biliklər əldə etdilər.

Bu faydalı və məlumatlandırıcı seminar üçün təlimçi Leyla Ramazanovaya təşəkkür edirik!

Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙