[email protected] +994 99 303 07 01
June 02, 2026 - Paylaşdı: Admin

“Yüksək gərginlik mühəndisliyinə giriş” seminarı uğurla başa çatdı.

📢 Üzvlük proqramı çərçivəsində keçirilən “Yüksək gərginlik mühəndisliyinə giriş” seminarı uğurla başa çatdı.

⚡️Seminar zamanı iştirakçılara yüksək gərginlik sistemləri, operativ idarəetmə qaydaları və elektrik şəbəkələrində təhlükəsizlik tədbirləri haqqında geniş və ətraflı məlumat verildi.

📌 Operativ kommutasiya və cihazların idarə olunması qaydaları;
📌 Çevrilmə blanklarının tərtibi və dispetçer danışıqları;
📌 Yüksək gərginlikdə təhlükəsizlik texnikası və torpaqlama;
📌 Qəza rejimlərinin lokallaşdırılması və şəbəkənin bərpası.

💡 Seminar praktiki nümunələr və texniki izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Yusif Rəcəbova təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀