[email protected] +994 99 303 07 01
November 25, 2025 - Paylaşdı: Admin

“Well Control Fundamentals” ONLİNE təlimi uğurla baş tutdu!

Azərbaycan Mühəndislər Birliyinin Üzvlük Proqramı çərçivəsində “Well Control Fundamentals” ONLİNE təlimi uğurla baş tutdu!


Təlim neft-qaz mühəndisliyi üzrə mütəxəssis Nüsrət Osmanzadə tərəfindən təqdim olundu və iştirakçılar quyu nəzarətinin əsas anlayışları, idarəetmə kateqoriyaları və blowout-un qarşısının alınması ilə bağlı fundamental biliklərlə təmin edildilər.


📍 Seminarın əsas mövzuları:

🔹 Quyu nəzarətinin (Well Control) əsas prinsipləri

🔹 Təzyiq balansının idarə olunması və hidrostatik təzyiq anlayışı

🔹 Kick-in yaranma səbəbləri və qarşısının alınması üsulları

🔹 Well control avadanlıqları (BOP sistemi, choke manifold və s.)

🔹 Fövqəladə hallar zamanı görüləcək təhlükəsizlik tədbirləri

🔹 Real sahə nümunələri əsasında təhlillər


Təlim zamanı iştirakçıların sualları cavablandırıldı, real təcrübələr əsasında müzakirələr aparıldı və quyu nəzarətinin texniki əsasları möhkəmləndirildi.


Bu dəyərli bilik paylaşımı üçün Nüsrət Osmanzadəyə təşəkkür edirik!


Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙