📢 Azərbaycan Mühəndislər Biriliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Tullantı sularının təmizlənməsi, onların suvarma və içməli su kimi bərpası” Seminarı uğurla başa çatdı!
25 oktyabr tarixində Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Tullantı sularının təmizlənməsi, onların suvarma və içməli su kimi bərpası” mövzusunda seminar keçirildi.
Seminar mühəndis Fuad Cavadzadənin təqdimatında baş tutdu və iştirakçılara tullantı sularının təmizlənməsi texnologiyaları, təkrar istifadəsi, ekoloji təhlükəsizlik və innovativ yanaşmalar barədə dərin biliklər qazandırıldı.
📍 Seminarın əsas mövzuları:
🔹 Tullantı sularının təmizlənmənin əsas məqsədi və vacibliyi
🔹 Mexaniki, bioloji və qabaqcıl (üçüncülü) təmizlənmə mərhələləri.
🔹 Üzvi çirkləndiricilərin aktivləşdirilmiş lil üsulu ilə zərərsizləşdirilməsi.
🔹 Tullantı sularının xassələri.
🔹 Əks Osmos (RO) və Membran Bioreaktorları (MBR) kimi yüksək keyfiyyətli axıntı əldə etməyə imkan verən texnologiyalar.
🔹 İri təmizləyici qurğularda istifadə olunan müasir texnologiyalar
🔹 İçməli suyun keyfiyyətinə dair milli və beynəlxalq tələblər.
🔹 Dayanıqlı mühəndislik həlləri və qlobal yanaşmalar
Seminar zamanı iştirakçılar su ehtiyatlarının idarə edilməsi, tullantı sularının bərpası üzrə qabaqcıl texnologiyaları müzakirə etdilər, praktiki nümunələr üzərindən fikir mübadiləsi apardılar və su təchizatı sahəsində mühəndis məsuliyyətinin önəmini dərk etdilər.
Bu faydalı və dəyərli seminar üçün mühəndis Fuad Cavadzadəyə təşəkkür edirik!
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



November 06, 2025 - Paylaşdı: Admin