[email protected] +994 99 303 07 01
November 05, 2025 - Paylaşdı: Admin

“Trip&Learn” sessiyası Baker Hughes şirkətində uğurla həyata keçirildi!

🎓 10 oktyabr tarixində Azərbaycan Mühəndislər Birliyinin üzvləri üçün “Trip&Learn” sessiyası Baker Hughes şirkətində uğurla həyata keçirildi!

🦺 Tədbir iştirakçılara təhlükəsizlik qaydaları barədə ətraflı təlimatın verilməsi ilə başladı. Təhlükəsizlik təqdimatından sonra iştirakçılara liner, packer və hanger avadanlıqları haqqında geniş məlumat çatdırıldı. Onların komponentləri, qarşılıqlı əlaqəsi və sementləmə prosesi zamanı oynadığı rol ətraflı şəkildə izah edildi. Mövzular həm nəzəri, həm də vizual formada — video materiallar vasitəsilə daha aydın şəkildə nümayiş etdirildi.

🔧 Daha sonra iştirakçılar praktiki workshop sessiyasında avadanlıqlarla yaxından tanış olmaq imkanı qazandılar. Bu təcrübə onlara yalnız nəzəri biliklərini möhkəmləndirmək deyil, həm də real sənaye proseslərini yerində müşahidə etmək və texniki biliklərini dərinləşdirmək imkanı verdi.

💙 Azərbaycan Mühəndislər Birliyi adından göstərdikləri qonaqpərvərlik və dəyərli dəstəyə görə Baker Hughes şirkətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk.
Birlikdə öyrənir, birlikdə inkişaf edirik! 🚀

#BakerHughes #TripAndLearn #AzerbaijanEngineersUnion #AZMIIB #Engineering #CareerDevelopment #OilAndGas #FieldExperience #StudentOpportunities #ProfessionalGrowth #LearnAndExplore #IndustryVisit #FutureEngineers