[email protected] +994 99 303 07 01
September 14, 2026 - Paylaşdı: Admin

“Torpaq çirklənməsi, remediasiya texnologiyaları və çirklənmiş sahələrin bərpası” sessiyası uğurla başa çatdı!

📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “Torpaq çirklənməsi, remediasiya texnologiyaları və çirklənmiş sahələrin bərpası” sessiyası uğurla başa çatdı!

⚡ Sessiya zamanı iştirakçılara torpağın strukturu və ekosistemdəki rolu, çirklənmə mənbələri, müasir remediasiya texnologiyaları və müəssisələr tərəfindən həyata keçirilən praktiki bərpa layihələri barədə ətraflı məlumat verildi.

📍 Müzakirə olunan əsas mövzular:
📌 Torpağın tərkibi, funksiyaları və torpaq profili
📌 Torpaq çirklənməsinin növləri və əsas mənbələri
📌 Beynəlxalq standartlara uyğun çirklənmiş sahələrin 11 mərhələli qiymətləndirilməsi prosesi
📌 In-situ və ex-situ remediasiya texnologiyaları
📌 Bərpa metodunun seçilmə meyarları
📌 Torpağın rekultivasiyası mərhələləri və ərazinin təhlükəsiz istifadəyə qaytarılması

💡 Sessiya zəngin təqdimat materialları, real istehsalat keysləri və bərpa nümunələri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Mehriban Ələsgərovaya təşəkkür edirik!

📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və qruplarımıza qoşulmağı unutmayın. 🚀