📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “The Role of Completion Engineer” mövzusunda növbəti seminar uğurla baş tutdu!
Seminar Ələkbər Ələkbərovun təqdimatında keçirildi və iştirakçılara neft-qaz quyularında tamamlanma prosesləri, avadanlıqların seçilməsi, əməliyyat mərhələləri və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verildi.
📍 Seminarın əsas mövzuları:
🔹 Completion mühəndisinin rolu və əsas vəzifələri
🔹 Tamamlanma avadanlıqları və onların seçilmə meyarları
🔹 Interventions əməliyyatlarının mərhələləri
🔹 Quyu məhsuldarlığının artırılması üzrə texniki yanaşmalar
🔹 Təhlükəsizlik standartları və əməliyyat zamanı risklərin idarə olunması
Seminar boyu iştirakçılar real sahə təcrübələri, çətinliklər və müasir yanaşmalar barədə praktiki biliklər əldə etdilər.
Bu dəyərli və faydalı seminar üçün Ələkbər Ələkbərova təşəkkür edirik!
📍 Məkan: @fikir.coworking
Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



December 03, 2025 - Paylaşdı: Admin