[email protected] +994 99 303 07 01
October 06, 2026 - Paylaşdı: Admin

“Texniki Ofis Kursu” uğurla başa çatdı!

📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən İnşaat mühəndisliyi üzrə “Texniki Ofis Kursu” uğurla başa çatdı!

Kurs zamanı iştirakçılara layihələrin oxunması, Quantity Take-Off, BoQ, smeta, IPC, Cash Flow,
tender və müqavilələrin idarə olunması, həmçinin tikinti sahəsində istifadə olunan əsas
texniki sənədlərin hazırlanması haqqında ətraflı məlumat verildi.

📌 Müzakirə olunan əsas mövzular:
🔹 Layihənin planlaşdırılması və başlanğıc mərhələsi
🔹 Tikinti meydançasının hazırlanması və tikinti prosesi
🔹 Layihələrin oxunması və texniki sənədlərlə iş
🔹 Cost Management və büdcənin idarə olunması
🔹 Tikintidə sənəd dövriyyəsi və keyfiyyətə nəzarət

💡 Kurs zamanı interaktiv müzakirələr aparıldı, praktiki nümunələr üzərində işlənildi və iştirakçıların sualları ətraflı cavablandırıldı.

Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Fərid Məlikova təşəkkür edirik! 💙

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀