[email protected] +994 99 303 07 01
July 14, 2025 - Paylaşdı: Admin

“TRIP&LEARN” sessiyası BP Xəzər Mərkəzində

Azərbaycan Mühəndislər Birliyinin “TRIP&LEARN” sessiyası BP Xəzər Mərkəzində uğurla başa çatdı!


Bu dəfəki sessiyamızda iştirakçılar geomekanika və PPFG (Pore Pressure and Fracture Gradient) mövzularında ətraflı məlumat əldə edərək peşəkar mühit və proseslərin gedişatı ilə tanış oldular.


Sessiya çərçivəsində Geomekanizmə giriş və PPFG (Pore Pressure and Fracture Gradient) mövzuları ətraflı müzakirə edildi. Xüsusilə, quyuların qazılması zamanı pore pressure və fracture gradientin əhəmiyyəti, onların düzgün qiymətləndirilməsinin təhlükəsiz və səmərəli qazma prosesinə təsiri haqqında iştirakçılara geniş məlumat verildi. Sessiyanın interaktiv keçməsi üçün bu mövzular üzrə müxtəlif məsələlər həll edildi və iştirakçıların mövzuya dair anlayışları praktik olaraq möhkəmləndirildi.


Bu imkanı yaratdığı üçün BP Xəzər Mərkəzinə, eləcə də fəal iştiraklarına görə bütün iştirakçılara təşəkkür edirik!

Bizimlə öyrənmək, inkişaf etmək və daha çox imkanlar üçün bizi izləyin!💙