Azərbaycan Mühəndislər Birliyinin “TRIP&LEARN” sessiyası “Technip Energies” şirkətində uğurla başa çatdı!
Tədbirin əvvəlində iştirakçılar təhlükəsizlik qaydaları ilə bağlı ətraflı təlimat aldılar. Təhlükəsizlik təlimindən sonra ofis gəzintisi təşkil olundu və müəssisənin ümumi layihələri və işləri barədə iştirakçılara ətraflı məlumat verildi. Gəzinti “tea talk” ilə davam etdi və iştirakçılara Process Engineering və Process Design haqqında məlumatlar təqdim olundu.
Sessiya iştirakçıların nəzəri biliklərini artırmaqla yanaşı, praktiki baxımdan da dəyərli təcrübə qazanmalarına şərait yaratdı. Tədbirin təşkilinə dəstək göstərdiyi üçün “Technip Energies” şirkətinin rəhbərliyinə və fəal iştiraklarına görə bütün iştirakçılara təşəkkür edirik! Öyrənmək, inkişaf etmək və yeni biliklər əldə etmək üçün bizi izləməyə davam edin!💙
July 14, 2025 - Paylaşdı: Admin