[email protected] +994 99 303 07 01
July 14, 2025 - Paylaşdı: Admin

“TRIP&LEARN” sessiyası “Baker Hughes” şirkətində

Azərbaycan Mühəndislər Birliyinin “TRIP&LEARN” sessiyası “Baker Hughes” şirkətində uğurla başa çatdı!


Tədbirin əvvəlində iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı ətraflı təlimat verildi. Təhlükəsizlik üzrə təqdimatdan sonra liner, packer və hanger avadanlıqları haqqında geniş məlumat təqdim olundu. Bu avadanlıqların komponentləri, bir-birinə necə qoşulduğu və sementləmə prosesi zamanı funksiyaları ətraflı şəkildə izah edildi. Mövzular video materiallar vasitəsilə vizual formada təqdim olundu.


Sessiya iştirakçıların nəzəri biliklərini artırmaqla yanaşı, praktiki baxımdan da dəyərli təcrübə qazanmalarına şərait yaratdı. Tədbirin təşkilinə göstərdiyi dəstəyə görə “Baker Hughes” şirkətinin rəhbərliyinə və fəal iştiraklarına görə bütün iştirakçılara təşəkkür edirik! Bizimlə öyrənmək, inkişaf etmək və daha çox imkanlar üçün bizi izləyin! 💙