[email protected] +994 99 303 07 01
July 13, 2025 - Paylaşdı: Admin

“TRIP&LEARN" BP Production təlimi

📢Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən “TRIP&LEARN" sessiyamız BP-də uğurla baş tutdu!

Bu səfər Production technician'ların əsas vəzifələri haqqında, avadanlıq və proses axını ilə bağlı detallı izahlar verildi, iştirakçılar real istehsalat mühitini araşdırdılar. Təhlükəsizlik prosedurları və risklərin qiymətləndirilməsi mövzuları müzakirə edildi, hər kəs istehsalatın təhlükəsizlik aspektlərini ətraflı öyrəndi.
İştirakçılar üçün qısa bir qəhvə fasiləsi təşkil olundu, fasilə zamanı, həm şəbəkələşməni gücləndirmək, həm də öyrəndiklərini əyləncəli şəkildə tətbiq etmək məqsədilə interaktiv kahoot keçirildi. İştirakçılar öyrəndikləri bilikləri tətbiq edərək əyləncəli və rəqabətli bir mühitdə biliklərini sınadılar.

Bizi qəbul etdiyinə görə BP-yə və iştirak edən hər kəsə təşəkkür edirik. Bizimlə öyrənmək və inkişaf etmək üçün daha çox imkanlar üçün bizi izləyin! 💙