📢 Üzvlük proqramı çərçivəsində “Storage of Oil and Petroleum Products: Design and Operation of Tanks” sessiyası baş tutdu.
⚡ Sessiya zamanı iştirakçılara neft sənayesində çən parklarının (rezervuar təsərrüfatlarının) rolu, onların quruluşu, layihələndirilməsi və təhlükəsiz istismarı mövzuları təqdim olundu.
🔹 Saxlama çənlərinin əsas növləri və xüsusiyyətləri (sabit damlı və üzən damlı rezervuarlar və onların fərqləri);
🔹 Çən parklarının rolu, strukturu və neft sənayesində istehsal–logistika–təhlükəsizlik baxımından əhəmiyyəti;
🔹 Rezervuarlarda səviyyə ölçmə sistemləri, monitorinq və təhlükəsiz istismar.
💡 Sessiya zamanı mövzular praktik nümunələrlə izah edildi və iştirakçıların sualları cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Rüstəm Bağırova təşəkkür edirik.
📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi, WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın.

May 11, 2026 - Paylaşdı: Admin