[email protected] +994 99 303 07 01
September 26, 2026 - Paylaşdı: Admin

“Secondary Processing of Oil” təlimi uğurla başa çatdı.

📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən “Secondary Processing of Oil” təlimi uğurla başa çatdı.
Sessiya zamanı iştirakçılar neftin ikinci emal proseslərinin əsas prinsipləri, neft fraksiyalarının daha yüksək keyfiyyətli və dəyərli məhsullara çevrilməsi və müasir neft emalı sənayesində tətbiq olunan əsas texnologiyalarla tanış oldular. Təlim nəzəri biliklərlə yanaşı, praktiki nümunələr və interaktiv müzakirələrlə zənginləşdirildi.
📌 Təlim çərçivəsində:
🔴 İkinci emal proseslərinin mahiyyəti və əsas məqsədləri;
🔴 Termiki emal prosesləri və onların tətbiq sahələri;
🔴 Katalitik krekinq və digər katalitik proseslər;
🔴 Neft fraksiyalarının keyfiyyətinin yaxşılaşdırılması;
🔴 Hidrogenləşdirmə və hidrotəmizləmə prosesləri;
🔴 İkinci emal proseslərinin neft məhsullarının alınmasında rolu müzakirə edildi.
💡 Təlim iştirakçıların neft emalı prosesləri haqqında biliklərini möhkəmləndirməklə yanaşı, müasir neft emalı sənayesində gedən prosesləri daha dərindən anlamağa və mühəndislik yanaşmalarını inkişaf etdirməyə töhfə verdi.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçimiz Musa Fərəcova təşəkkürümüzü bildiririk.
📩 Siz də bu kimi təlim və inkişaf proqramlarından xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi unutmayın! 🚀