[email protected] +994 99 303 07 01
July 14, 2025 - Paylaşdı: Admin

“SOCAR Downstream Management” istehsal zavoduna texniki gəzinti

Azərbaycan Mühəndislər Birliyi tərəfindən 10 dekabr tarixində tələbələr üçün “SOCAR Downstream Management” istehsal zavoduna texniki gəzinti təşkil edilib.


Gəzinti zamanı tələbələrə şirkətin fəaliyyəti və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib. Daha sonra tələbələr zavodda həyata keçirilən proseslərlə yaxından tanış olub, hidrogenin alınması, neftin fraksiyalara ayrılması və digər mühüm proseslər barədə ətraflı məlumat alıblar. Sonda isə iştirakçıların sualları şirkətin mühəndisi tərəfindən cavablandırılıb.


Tələbələrin praktiki biliklər əldə etməsinə şərait yaratdığı üçün “SOCAR Downstream Management” şirkətinin rəhbərliyinə, eləcə də texniki gəzinti zamanı göstərdiyi dəstəyə görə zavodun əməkdaşlarına Azərbaycan Mühəndislər Birliyi adından təşəkkürümüzü bildiririk.

Bizimlə öyrənmək, inkişaf etmək və daha çox imkanlardan yararlanmaq üçün bizi izləyin!💙