📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Mexanika və Sənaye Mühəndisliyi üzrə “Sənayedə Texniki Xidmətin Rəqəmsallaşdırılması və Etibarlılıq Mühəndisliyinin Gələcəyi” mövzusunda onlayn seminar uğurla başa çatdı!
⚡ Seminar zamanı iştirakçılara sənaye müəssisələrində texniki xidmətin reaktiv yanaşmadan rəqəmsal və proqnozlaşdırıcı Smart Maintenance modelinə keçidi barədə ətraflı məlumat verildi.
📍 Müzakirə olunan əsas mövzular:
📌 Gələcəyin Zavodu (PoT): Real vaxt rejimində idarəetmə, Connected Worker və rəqəmsal əməliyyat modeli
📌 AI və IoT: Avadanlıqların etibarlılığının artırılmasında sensorların və alqoritmlərin rolu
📌 Predictive & Prescriptive Maintenance: Nasazlıqları baş vermədən müəyyən etmə metodları
📌 Mühəndislik Karyerası: Rəqəmsal transformasiya dövründə mühəndislər üçün tələb olunan yeni bacarıqlar və gələcək trendlər
💡 Sessiya təqdimat materialları və real sənaye nümunələri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Dr.-Ing. Alim Quliyevə təşəkkür edirik!
📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək, peşəkar mütəxəssislərlə tanış olmaq və müxtəlif layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, WhatsApp qruplarımıza qoşulmağı unutmayın. 🚀



September 27, 2026 - Paylaşdı: Admin