[email protected] +994 99 303 07 01
November 16, 2025 - Paylaşdı: Admin

“Sənaye Müəssisələrinin Elektrik Təchizatı” seminarı uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində

“Sənaye Müəssisələrinin Elektrik Təchizatı” seminarı uğurla başa çatdı! ⚡️


15 noyabr tarixində Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Sənaye müəssisələrinin elektrik təchizatı” mövzusunda seminar keçirildi.


Seminar təlimçi Tural Sadıqovun təqdimatında baş tutdu və iştirakçılara sənaye müəssisələrinin elektrik təchizatı prinsipləri, enerji paylanması, avadanlıqlar və təhlükəsizlik strategiyaları haqqında geniş məlumatlar verildi.


📍 Seminarın əsas mövzuları:

🔹 Sənaye müəssisələrində elektrik təchizatı strukturu

🔹 Elektrik şəbəkələrinin planlaşdırılması və idarə edilməsi

🔹 Enerji paylanması və transformator sistemləri

🔹 Elektrik avadanlıqlarında təhlükəsizlik tədbirləri

🔹 Torpaqlama və mühafizə sistemləri

🔹 Real hadisələr əsasında təhlillər


Seminar zamanı iştirakçılar elektrik təchizatı sistemlərinin layihələndirilməsi və tətbiqi prosesi ilə bağlı dərin biliklər əldə etdilər.


Bu faydalı və məlumatlandırıcı seminar üçün təlimçi Tural Sadıqova təşəkkür edirik!


Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙