📢 Azərbaycan Mühəndislər İttifaqı tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Sənaye Elektrik Təchizatı və Avadanlıqları” təlimi uğurla başa çatdı!
Təlim zamanı iştirakçılara aşağıdakı əsas mövzular ətraflı şəkildə izah olundu:
📌 Sənaye müəssisələrinin elektrik təchizatı və işlədici yüklərin növləri
📌 Elektrik yüklərinin təsnifatı və reaktiv güc kompensasiyası üsulları
📌 Enerji mənbələri: şəbəkə, generator, UPS və alternativ sistemlər
📌 Elektrik təchizat sxemləri: radial və magistral sxemlər
📌 EAQ və elektrik açarlarının növləri (MCB, MCCB, RCB və s.)
📌 UPS sistemləri: statik və dinamik növlər
📌 Sənaye mühərriklərinin işə salınma üsulları: birbaşa, ulduz-üçbucaq, soft starter, VFD və digər metodlar
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə Butayev Şahlara təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙


July 23, 2025 - Paylaşdı: Admin