⚙️ “Sənaye Avtomatlaşdırılması” kursu uğurla başa çatdı! 🎓
Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə həyata keçirilən “Yay İnkişaf Proqramı” çərçivəsində təşkil olunan “Sənaye Avtomatlaşdırılması” kursunu uğurla başa vurduq! 🚀
Kurs boyunca iştirakçılar sənayedə geniş istifadə olunan avtomatlaşdırma sistemləri ilə tanış olmaqla yanaşı, nəzəri biliklərini praktiki tapşırıqlarla möhkəmləndirmək imkanı əldə etdilər.
🔧 Kurs çərçivəsində iştirakçılar: 🔹 Rele, kontaktor, limit sviç və PNP/NPN proximity sensorlar ilə elektrik dövrələrinin qurulması, multimetrlə ölçmələrin aparılması və avadanlıqların yoxlanılmasını;
🔹 Delta DVP-12SE PLC ilə işləməyi, COMMGR vasitəsilə PLC-yə qoşulmanı, ISPSoft proqramında proqramlaşdırmanı, proqramların PLC-yə yüklənməsi və PLC-dən götürülməsini, həmçinin simulyasiya üzərindən tapşırıqların icrasını;
🔹 Lampa, klapan və mühərrik kimi çıxış qurğularının idarə edilməsini;
🔹 Mühərriklərin DOL, Forward-Reverse, Star-Delta, Soft Starter və VFD vasitəsilə idarə olunmasını;
🔹 GMTCNT MICNO-00075S VFD ilə mühərrikin irəli və geri hərəkətinin, sürətinin, sürətlənmə və yavaşlama zamanlarının idarə edilməsini;
🔹 PT100 və K, J tipli termocütlərin iş prinsiplərini, praktiki tətbiqlərini və multimetrlə yoxlanılmasını;
🔹 Gemo DT109AX və W3230 temperatur kontrollerləri ilə sensorların konfiqurasiyasını və müxtəlif idarəetmə dövrələrinin qurulmasını;
🔹 Enda EUP 4420 təzyiq kontrolleri ilə təzyiq sensorlarının konfiqurasiyasını;
🔹 PLC-də On-Delay və Off-Delay taymerləri, sayğac funksiyalarını və NPN proximity sensorunun PLC ilə konfiqurasiyasını öyrəndilər.
💡 Bu kursun əsas məqsədi iştirakçıları yalnız nəzəri biliklərlə təmin etmək deyil, onları sənayedə qarşılaşa biləcəkləri real iş prosesləri ilə tanış etmək və praktiki mühəndislik bacarıqlarını inkişaf etdirmək idi.
Bu dəyərli bilik və təcrübəni iştirakçılarımızla bölüşdükləri üçün təlimçilərimiz Hüseyn Əliyev və Emin Allahverdiyə təşəkkür edirik! 🤝


September 26, 2026 - Paylaşdı: Admin