[email protected] +994 99 303 07 01
November 07, 2026 - Paylaşdı: Admin

“Quyu geofizikası məlumatlarının inteqrasiyası və petrofiziki interpretasiya” seminarı uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində neft-qaz mühəndisliyi üzrə keçirilən “Quyu geofizikası məlumatlarının inteqrasiyası və petrofiziki interpretasiya” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara quyu geofizikası məlumatlarının təhlili və inteqrasiyası, petrofiziki parametrlərin müəyyən edilməsi, layların xüsusiyyətlərinin qiymətləndirilməsi və nəticələrin neft-qaz sənayesində tətbiqi haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Quyu geofizikası tədqiqatlarının əsas prinsipləri
🔹 Geofiziki məlumatların inteqrasiyası və təhlili
🔹 Petrofiziki parametrlərin müəyyən edilməsi
🔹 Layların məsaməlilik və doyumluluq xüsusiyyətlərinin qiymətləndirilməsi
🔹 Petrofiziki interpretasiyanın praktiki tətbiqi
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Qalib Muradova təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!