📢 Sumqayıt Dövlət Universitetində keçirilən “Quality Control” təlimi uğurla başa çatdı.
⚡️ Təlim zamanı iştirakçılara keyfiyyətə nəzarətin əsas prinsipləri, beynəlxalq standartların tətbiqi, laboratoriya və istehsalat mühitində keyfiyyətin təmin olunması üsulları haqqında geniş və ətraflı məlumat verildi.
📌 Keyfiyyətə nəzarətin əsasları, QA və QC anlayışları, həmçinin ISO 9001 standartına əsaslanan keyfiyyət idarəetmə prinsipləri
📌 Keyfiyyətə nəzarət prosesləri (giriş, proses və son nəzarət), nümunə götürmə, ölçmə və test metodları
📌 ISO/IEC 17025 standartının strukturu və laboratoriya fəaliyyətlərində texniki tələblər (kalibrləmə, metodların validasiyası, ölçmə qeyri-müəyyənliyi)
📌 Uyğunsuzluqların idarə olunması, daxili audit, sənədləşmə və davamlı yaxşılaşdırma (CAPA prosesi daxil olmaqla)
💡 Təlim praktiki nümunələr və izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Pərvin Quliyevaya və Qəmər Həmidovaya təşəkkür edirik.
📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀



May 31, 2026 - Paylaşdı: Admin