[email protected] +994 99 303 07 01
June 01, 2026 - Paylaşdı: Admin

“Qidanın içində nə var? Laboratoriyanın gözü ilə” adlı təlim keçirildi.

25.04.2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADNSU THİK) təşkilatçılığı Kimya Texnologiya Fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (KTF THİK) və Azərbaycan Mühəndislər Birliyinin (AZMİİB) birgə təşəbbüsü ilə “Qidanın içində nə var? Laboratoriyanın gözü ilə” adlı təlim keçirildi. Təlim zamanı qidanın təhlükəsizliyi, tərkibi və keyfiyyətinə nəzarət mövzuları ətraflı şəkildə izah olundu.

İştirakçılar laboratoriya analiz üsulları, xüsusilə qaz və maye xromatoqrafiyası kimi müasir metodlarla tanış oldular. Eyni zamanda, tələbələrin aktiv iştirakı və ünvanladıqları maraqlı suallar təlimi daha da interaktiv və faydalı etdi.

Bu cür maarifləndirici tədbirlərdə yenidən görüşmək ümidi ilə ✨