📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Qida təhlükəsizliyində qida saxtakarlığı və qida müdafiəsi” seminarı uğurla başa çatdı!
Təlimçi Leyla Azeryar qida təhlükəsizliyi sahəsində aktual problemlər, qida saxtakarlığının növləri, iqtisadi motivli saxtakarlıq halları, xammal və hazır məhsullarda risk faktorları, eləcə də qida müdafiəsi (Food Defense) prinsipləri barədə ətraflı və praktik yönümlü təqdimatla çıxış etdi.
📌 Seminarın əsas mövzuları:
🔹 Qida saxtakarlığının anlayışı və növləri
🔹 VACCP nədir?
🔹 TACCP nədir?
🔹 İqtisadi motivli saxtakarlıq halları (EMA)
🔹 Təchizat zəncirində risk faktorları
🔹 Xammal və hazır məhsullarda saxtakarlıq riskləri
🔹 Qida müdafiəsi (Food Defense) prinsipləri
🔹 Real nümunələr üzərində təhlil və müzakirə
Seminar zamanı interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı və real iş təcrübəsinə əsaslanan nümunələr paylaşılaraq mövzu daha da dərindən izah olundu.
Bu dəyərli və faydalı seminara görə Leyla Azeryara təşəkkürümüzü bildiririk!
Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və rəsmi WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



March 05, 2026 - Paylaşdı: Admin