📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən QİDA MÜHƏNDİSLİYİ üzrə keçirilən “Qida sahəsində Keyfiyyətə Nəzarət Prosesi” adlı onlayn təlim uğurla başa çatdı!
“Qida sahəsində Keyfiyyətə Nəzarət Prosesi” mövzusunda keçirilən təlimdə təlimçimiz Günel Cavadova qida sənayesində keyfiyyətə nəzarət və qida təhlükəsizliyi ilə bağlı dəyərli məlumatlarını iştirakçılarla bölüşdü.
Təlim çərçivəsində:
🔹 Qida sənayesində keyfiyyətə nəzarətin əhəmiyyəti
🔹 Qida məhsullarında keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
🔹 Xammalın qəbulundan hazır məhsula qədər keyfiyyətə nəzarət
🔹 İstehsal prosesində keyfiyyətə nəzarət mərhələləri
🔹 Qida təhlükəsizliyi və keyfiyyət standartları
🔹 Keyfiyyətə nəzarətdə laborator analizlərin rolu
🔹 Qida mühəndisinin keyfiyyətə nəzarət prosesində rolu
🔹 Sual-cavab sessiyası
müzakirə olundu.
Təlimdə iştirak edən hər kəsə təşəkkür edir, Günel Cavadovaya isə dəyərli bilik və təcrübəsini bizimlə bölüşdüyü üçün minnətdarlığımızı bildiririk! 💙
➡️ Siz də bu kimi seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək, peşəkar mütəxəssislərlə tanış olmaq və müxtəlif layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, həmçinin WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın!
Azərbaycan Mühəndislər Birliyi
#QidaMühəndisliyi
September 26, 2026 - Paylaşdı: Admin