📢 “Gələcəyin Mühəndisləri” proqramı çərçivəsində keçirilən “Qida Təhlükəsizliyi və Keyfiyyətə Nəzarət” sessiyası uğurla başa çatdı.
⚡️ Sessiya zamanı iştirakçılara qida təhlükəsizliyinin əsas prinsipləri, keyfiyyətə nəzarət mexanizmləri, beynəlxalq standartların tətbiqi, həmçinin istehsal prosesində risklərin idarə olunması haqqında ətraflı məlumat verildi.
📌 İdarəetmə sistemləri və onların qida təhlükəsizliyində rolu
📌 ISO 22000 standartının prinsipləri və tətbiq sahələri
📌 Təhlükələrin müəyyən edilməsi, qiymətləndirilməsi və təsnifatı
💡 Sessiya praktiki nümunələr və izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Elmir Həsənova təşəkkür edirik.
📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀


May 11, 2026 - Paylaşdı: Admin