📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri” təlimi uğurla başa çatdı!
Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 HACCP prinsipləri və əsasları
📌 ISO 22000 – Qida təhlükəsizliyi idarəetmə sistemi
📌 IFS (International Featured Standards) standartı
📌 GMP (Good Manufacturing Practices) – Yaxşı istehsal təcrübələri
📌 Qida çirklənmələri və onların qarşısının alınması yolları
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə Elmir Həsənova təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



July 15, 2025 - Paylaşdı: Admin